Bakı-APA. Misirdə baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Sinay yarımadasının Əl-Əriş şəhərində dövlət enerji şirkətinə məxsus avtomobil minaya düşərək partlayıb.
Nəticədə 3 nəfər hadisə yerində, daha 1-i xəstəxanada ölüb. Partlayışın İŞİD terror qruplaşmasının tərəfindən törədildiyi ehtimal olunur.