Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Seyid Mirəli Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən o, 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Seyid Mirəli Cavadov bacısı, 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb. İ.Cavadova aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. M.Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb.
Hadisəni törədən Seyid Mirəli Cavadov həbs olunub.