Bakı. Məlahət Nəcəfova - APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstələnib.
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytında məlumat yer alıb. Bildirilir ki, soyuqdəymə xəstəliyi ilə əlaqədar Nursultan Nazarbayev müalicə alır.
Qazaxıstan prezidentinin sabah Azərbaycana səfəri planlaşdırılır.