Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarına biletlərin 84%-i satılıb

Rio-de-Janeyroda keçirilən  Olimpiya oyunlarına biletlərin 84%-i satılıb
# 09 avqust 2016 05:19 (UTC +04:00)

Bakı-APA. Rio-de-Janeyroda keçirilən XXXI Yaya Olimpiya oyunlarına biletlərin 84%-i satılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Olimpiya oyunları-2016-nın kommunikasiya üzrə direktoru Mariu Andrada bildirib.

“Bu, bizim gözlədiyimizdən daha yaxşı nəticədir. Düzdür, bəzi yarışlarda tribunalarda boş yerlərin olması nəzərə çarpır. Bunun bir sıra səbəbləri var. Misal üçün, elə şirkətlər var ki çox sayda biletləri əldə edərək əməkdaşlarına paylayıblar. Lakin müxtəlif səbəblərdən bilet sahibləri stadionlara gələ bilməyiblər”, deyə M.Andrada qeyd edib.

Qeyd edək ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına, ümumilikdə, 7,5 mln bilet buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR