“DəmirBank” “Zolotaya Korona” ilə pulköçürmə xidmətini bərpa edib

“DəmirBank” “Zolotaya Korona” ilə pulköçürmə xidmətini bərpa edib
# 09 fevral 2016 08:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Zolotaya Korona” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu sistem vasitəsilə “DəmirBank” müştəriləri üçün MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə çox sərfəli şərtlərlə pul köçürmək imkanı yaradılıb.

Bununla bərabər, pul köçürən müştərilər xüsusi “Tarif 0%” aksiyasından da yararlana bilərlər. Aksiyanın şərtlərinə əsasən xidmətin məzənnəsi üzrə konvertasiya ilə valyuta köçürməsi edilən zaman heç bir komissiya haqqı tutulmur. Köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.

“DəmirBank sosial yönümlü maliyyə institutudur və əsas məqsədi müştərilərin rahatlığını

edən müasir bank xidmətlərini geniş spektrdə təqdim etməkdir. “Zolotaya Korona” sistemi yalnız pul köçürmələrinin sürətli deyil, həmçinin onların təhlükəsiz və ucuz çatdırılmasını təmin edir. Məhz bu xüsusiyyətləri bizim müştərilərimiz yüksək qiymətləndirir”, - deyə bankın İdarə Heyəti sədrinin müavini Azər Hümbətov bildirib.

“Biz Azərbaycan bankları ilə əməkdaşlıq əlaqələrimizi inkişaf etdirərək ən müasir maliyyə xidmətlərinin kütləviləşməsinə nail olmağa çalışırıq. Şadıq ki, bizim yeni əməkdaşımız Azərbaycan bank sektorunun liderlərindən biri olan “DəmirBank” qabaqcıl texnologiyaların inkişafı və daha çox tələb olunan maliyyə məhsullarının çeşidliliyini artırmağa xüsusi diqqət yetirir”, - deyə "Zolotaya Korona" xidmətinin direktoru İvan Sitnov qeyd edib.

Qeyd etmək lazımdır ki, “DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı

hədiyyə” kampaniyası çərçivəsində “Zolotaya Korona” sistemi üzrə pul göndərənlərə və pul alanlara mobil danışıq kartı da hədiyyə edilir. Belə ki, bankın filiallarında ən azı 500

manat/dollar/avro və ya 15 min rubl məbləğində pul köçürən müştərilərə istəklərindən asılı olaraq mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 manat/dollar/avro və ya 60 min rubl olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat mərkəzi - (012) 149

www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR