Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.
APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, hadisə çərşənbə axşamına keçən gecə Vladimirskaya 4 ünvanında baş verib.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Partlayış dalğası binanın birinci mərtəbəsində yerləşən bank və restoranın şüşələrini qırıb. Yaxınlıqda park edilən avtomobillərə də ziyan dəyib.
Hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşları çalışır.