Qusarda qardaşını öldürən qız 10 il azadlıqdan məhrum edilib

Qusarda qardaşını öldürən qız 10 il azadlıqdan məhrum edilib
# 03 mart 2016 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Ramella Allahverideyavının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Alyona Baxışovaya hökm oxunub. O, 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il Qusar rayonunun Rəcət kəndində baş verib. A. Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirəndən sonra basdırıb. Hadisədən 8 ay sonra o, şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR