Şəki. Vüqar Heydərov - APA. Şəkidə fərdi yaşayış evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün saat 04:19 radələrində Şəki şəhəri, S. Vurğun küçəsində yaşayan Azər Mahmudova məxsus, ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evdə baş verib.
Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 45 kv/m sahədə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın dərhal məhdudlaşdırılıb, evin tam yanmasının qarşısı alınıb. Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.