Dövlət başçısı: “Cənub qaz dəhlizi onilliklər ərzində iqtisadi mənfəət və valyuta axınını təmin edəcək”

Dövlət başçısı: “Cənub qaz dəhlizi onilliklər ərzində iqtisadi mənfəət və valyuta axınını təmin edəcək”
# 26 yanvar 2016 09:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Keçən il Cənub Qaz Dəhlizi istiqamətində mühüm addımlar atılıb, Məşvərət Şurasının iclası keçirilib. Şurada konkret proqram və birgə Bəyannamə qəbul edilib, Azərbaycanın bu sahədə xüsusi rolu qeyd edilib”.


APA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında prezident İlham Əliyev deyib. O bildirib ki, Cənub qaz dəhlizi Azərbaycana əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq: “Bu dəhliz onilliklər ərzində Azərbaycana iqtisadi mənfəət, valyuta axını təmin edəcək. Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək”.

Prezident qeyd edib ki, 2015-ci ildə Azərbaycan özünü güclü tranzit ölkəsi kimi təqdim edib: “Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollar Azərbaycandan keçir. Azərbaycan əvəzolunmaz nəqliyyat dəhlizinə çevrilir, biz bu işləri görmüşük. Nəinki Çindən, Orta Asiyadan, Koreyadan da Avropaya yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Eyni zamanda Avropadan, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Bütün bu imkanları biz yaratmışıq. Bu işləri görməsəydik, Azərbaycan mühüm tranzit ölkəsinə çevrilə bilərdimi? Türkiyə ilə birlikdə TANAP-ın əsasını qoymasaq, bu gün Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu layihədən danışıla bilərdimi?..”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR