Azərbaycanda birbaşa və ya nümayəndəlik vasitəsilə 40-a yaxın Fransa şirkəti fəaliyyət göstərir.
APA-nın məlumatına görə, bu sözləri Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez “Fransada investisiya ayı” çərçivəsində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, artıq neçə ildir Fransa şirkətləri Azərbaycanda təmsil olunur: “Buraya enerji, ətraf mühit, nəqliyyat, xüsusilə hava, dəmir yolu, metro nəqliyyatı daxildir. Ötən il Fransadan Azərbaycana 180 milyon avro, Azərbaycandan isə Fransaya 1,2 milyard avro həcmində məhsul ixrac edilib”.
”Business France” Dövlət Agentliyinin MDB ölkələri üzrə investisiya idarəsinin direktoru Jerom Klausen Azərbaycanın böyük iqtisadi potensialı olduğunu deyib: “Biz çalışırıq ki, Azərbaycan şirkətlərini Fransada investisiya layihələrinə cəlb edək. Azərbaycan şirkətləri Fransada əsasən daşınmaz əmlak, maliyyə sahəsində fəaliyyət göstərir. Turizm və xidmət sektorunda bu yaxınlarda yeni investorları qəbul edəcəyik. Şərabçılıq və üzümçülük sahəsində də Azərbaycan şirkətləri fəaliyyət göstərir”.