Azərbaycan məscidlərində Türkiyədə çevrilişin qarşısı alınarkən həlak olanlar yad ediləcək

Azərbaycan məscidlərində Türkiyədə çevrilişin qarşısı alınarkən həlak olanlar yad ediləcək
# 22 iyul 2016 10:29 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Bu gün - Cümə günü Azərbaycanın bütün məscidlərində Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən şəhid olanların xatirəsi yad ediləcək.

 

APA-nın məlumatına görə, bunu hazırda Şəkidə dindarlarla görüş keçirən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O deyib ki, bununla bağlı bütün məscidlərdə qiyabi cənazə namazı qılınacaq.

 

Cümə moizələrində Türkiyədəki məlum hadisə zamanı həlak olanların ruhu yad ediləcək, dualar oxunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR