Bakı. Hafiz Heydərov – APA. Bakı sakini qəbul etdiyi psixotrop dərmanın təsirindən ölüb.
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 1-də rayon ərazisində qeydə alınıb. Bakı şəhər sakini Ələkbər Tamıyev qonşusunun evində qəbul etdiyi psixotrop dərmanın təsirindən ölüb.
Faktla bağlı araşdırma aparılır.