Xətai rayonunda yanan bina ilə bağlı məhkəmə prosesi davam etdirilib

Xətai rayonunda yanan bina ilə bağlı məhkəmə prosesi davam etdirilib
# 22 noyabr 2016 09:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlərin tədqiqinə başlanılıb, bəzi sənədlər elan olunub.

Prosesdə vəkil Fərid Sadıqovun istintaq dövründə telefonuna bəzi zənglər və mesajlar gəldiyini bildirib və bunun araşdırılması üçün “Azərcell” şirkətinə sorğu verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR