Azərbaycandakı şirkətlərdən biri "Xalq Bank"ın səhmdarı ilə birləşib

Azərbaycandakı şirkətlərdən biri "Xalq Bank"ın səhmdarı ilə birləşib
# 21 yanvar 2016 08:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “S.V.N.” MMC fəaliyyətinə xitam verərək “AMAL İnvest Group” MMC-yə qoşulub.

Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, “S.V.N.” MMC “AMAL İnvest Group” MMC-yə qoşulması nəticəsində yenidən təşkil olunur.

Qeyd edək ki, “AMAL İnvest Group” MMC “Xalq Bank”ın səhmdarlarından biridir. Şirkətin bankdakı payı 16,15%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR