Azərbaycan neft məhsullarının ixracını ikiqat azaldıb

Azərbaycan neft məhsullarının ixracını ikiqat azaldıb
# 13 aprel 2017 15:18 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 78 min 278,43 dollar dəyərində 196 min 653,13 ton neft məhsulları ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı xarici ticarətin gömrük statistikasında bildirilir.

 

Rəqəmlərin təhlili göstərir ki, ötən rüb ərzində ixrac olunan neft məhsullarının həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 226 min 40,42 ton və ya 2,15 dəfə, məbləğ baxımından isə 6 min 958,17 dollar və ya 8,16% azdır.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 85 min 236,6 dollar dəyərində 422 min 693,55 ton neft məhsulu ixrac edilib.
 

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR