Sabirabadda “Qarpız festivalı” keçirilib

Sabirabadda “Qarpız festivalı” keçirilib
# 19 avqust 2016 21:55 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər fondunun maliyyə dəstəyi və Sabirabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Qarpız festivalı” keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad şəhəri, H.Əliyev adına istirahət parkında keçirilən festivalda qarpız üzərində bədii oyma sənətindən nümunələr, qarpızdan hazırlanmış 20 növ kulinariya məhsulu (qarpız mürəbbəsi, kompotu, turşusu, şərbəti, qarpızdan hazırlanan tort, cem, keks, dondurma, qarpız kababı və s.) sərgilənib. Məhəmməd Füzulinin “Meyvələrin Söhbəti” adlı əsərindən kiçik səhnəcik göstərilib. Pəhləvanların başla qarpız sındırma yarışması, qarpız tortunun kəsilməsi və daha sonra konsert proqramı ilə davam etdirilən tədbir atəşfəşanlıqla başa çatıb.

Tədbirdə tərəfdaş qurum olaraq Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gənclər və İdman Nazirliyinin Sabirabad rayon gənclər və idman idarəsi iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR