Baş dermatoveneroloq: “Bədxassəli dəri xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb” - MÜSAHİBƏ

Baş dermatoveneroloq: “Bədxassəli dəri xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb” - <span style="color: red;">MÜSAHİBƏ
# 28 oktyabr 2016 10:51 (UTC +04:00)

“Dəridə mövcud olan 2 minə yaxın xəstəliyin çoxunun səbəbi məlum deyil”

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcovun APA-ya müsahibəsi

- Zülfüqar həkim, bu gün Azərbaycanda dəri-zöhrəvi xəstəlikləri ilə bağlı mövcud vəziyyət necədir, daha çox hansı xəstəliklər yayılıb?

- Bu gün ölkənin dermatologiya sahəsində müəyyən yeniliklər edilir. Zöhrəvi xəstəliklərdən Azərbaycanda sifilis, qonoreya və digər problemlər müşahidə edilir. Bunlardan bəzilərində, məsələn, sifilisdə artım qeydə alınıb.

Adətən zöhrəvi xəstəliklər əhalinin miqrasiyası il əlaqədar olur. Vətəndaşlar xarici ölkələrdə xüsusilə Rusiya, Ukrayna, Baltikyanı ölkələrdə işləyib gəldikdən sonra bu infeksiyası yayırlar.

Dəri xəstəliklərindən isə ekzema, psoriaz, allergik dermatitlər və digərlərinə daha çox rast gəlinir. Bu xəstəliklərin artıb-azalması fəsillərlə əlaqədar ola bilər. Göbələk xəstəliklərinə əsasən yaz-yay aylarında daha çox təsadüf olunur. Bu xəstəliklərin əmələ gəlməsi və yayılmasında tərləmə və istilik faktoru da rol oynayır. Bundan əlavə, məslə insanların gigiyenik qaydalara riayət edib-etməməsindən asılıdır.

Çox vaxt xəstələr profil üzrə başqa mütəxəssislərə müraciət edirlər. Məsələn, dəridə problem varsa, onu dəri həkiminə yönəltmək lazımdır. Yaxud da xəstədə aralıq nahiyədə düyüncüklər əmələ gəlir, onu hemorroy düyünlər diaqnozu ilə cərrahi müdaxilə edilir. Halbuki bu düyüncüklər sifilisin II dövründə müşahidə oluna bilər. Və yaxud stomatoloqlar ağızda əmələ gələn hər hansı bir yaranı avto-stomatit diaqnozu ilə müalicə edirlər. Sonra bizim yanımıza gəldikdə onda da sifilisin II dövrü olduğunun şahidi oluruq.

Nikaha daxil olmaq istəyənlərin müayinədən keçirilməsi çox yaxşı haldır. Bu məsələ bir çox xəstəliklərin erkən aşkarlanmasına şərait yaradır. Bu gün Azərbaycanda 500-ə yaxın dermatoveneroloqlar var və onların da hamısı Azərbaycan Dermatoveneroloqlar Cəmiyyətində birləşib.

- Bu xəstəliklərin yaranmasında hansı faktorların rolu var? Bu problemlərin hamısı keçicidirmi?

- Bu gün dəridə 2 minə yaxın xəstəlik növü var və onların çoxunun səbəbi məlum deyil. Burada endokrinoloji, sinir faktoru rol oynayır, irsiyyət faktoru önəmlidir. Göbələk, parazitar xəstəliklər infeksion keçici xarakter daşıyır.

Zöhrəvi xəstəliklər də infeksion keçici olur. Onlar bir şəxsdən digərinə keçə bilər. Bundan əlavə, vaxtında diaqnozu qoyularaq müayinə edilmədikdə fəsadları ağır olur. Dermatologiyanın göbələk və parazitar xəstəliklərini çıxsaq, qalanlarının çoxunun səbəbi məlum deyil və infeksion xarakter daşımır.

Azərbaycanda ən çox təsadüf edilən xəstəliklərdən psoriaz-pullu dəmirov, ekzema, neyro-dermit, allergik-dermatitlər, atepik-dermatit (uşaqalrda dah çox yayılıb), irsi dermatozlar, kollagenozlar, dermatit-salyari, göbələk xəstəlikləri, rəngbərəng dəmirovdur. Allergik-dermatitlər qida mənşəli olur və tənəffüslə, kontakt vasitəsilə keçə bilər.

Bir çox insanlar yay aylarında Günəş faktorunu düzgün dəyərləndirmədikdə onlarda müxtəlif ciddi dəyişiklər əmələ gələ bilər.

- Azərbaycanın bölgələrində bu xəstəliklərin yayılması hansı səviyyədədir? Regionlarda xəstəliklərin yayılmasında nə kimi fərqlər var?

- Cənub bölgəsində, Naxçıvanda irsi dermatozlara daha tez-tez rast gəlinir Bu gün ölkədə nisbətən cənub bölgəsində dəri-zöhrəvi xəstəliklərə daha tez-tez rast gəlinir. Burada ekoloji faktor rol oynayır. Ümumi qida rasionundan, endokrinoloji fondan da asılı ola bilər. Cənub bölgəsi və Naxçıvanda irsi qohumluq əlaqələri daha çoxdur. Ona görə də belə hallara təsadüf olunur.

Parazitar xəstəliklərdən olan leşmaniya xəstəliyi əvvəllər Gəncə bölgəsində daha çox rast gəlinirdisə, bu gün şimaldan-Zaqatala, Qax və Balakəndən bu xəstəliklər bağlı daha çox müraciət edirlər.

Son zamanlar Azərbaycanda dəri-zöhrəvi xəstəliklərinin ağır forması olan sudulca xəstələrinin sayında artım var. Əvvəllər belə xəstələr tələf olurdu. Sudulca ağır xəstəlikdir və əvvəllər də müşahidə olunub. Son zamanlar xəstəliyin artmasında ekoloji, həyat məişət şəraiti, stress faktorları mühüm rol oynayır. Bunun hazırda müalicəsi var. Sudulca xəstəliyinə yoluxma ildən-ilə fərqli olur və bu, tam müalicə olunur.

- Xəstəliklərə daha çox hansı yaşlarda təsadüf olunur?

- Dəri-zöhrəvi xəstəliklərinə müxtəlif yaşlarda təsadüf olunur. Atopik dermatitlər uşaq yaşlarında, allergik dermatitlər isə uşaq və yetkin yaşlarda qeydə alına bilər. Ekzema sinir-allergik mənşəli xəstəlikdir.

“Dərinin bədxassəli xəstəliklərinin yaranmasında düzgün diaqnostikanın aparılmaması, qida və ekoloji faktorlar mühüm rol oynayır”

Reproduktiv dövrdə bu xəstəliklərə daha çox təsadüf olunur. Bir çox dəri xəstəlikləri sinir-allergik, bəziləri sinir-allergik-infeksion mənşəlidir. Bəzilərinə isə iqlim, ekoloji faktorlar təsir edir.

- Ölkədə dəri xərçəngi ilə bağlı vəziyyət hansı səviyyədədir və daha çox hansı növ xəstəliklər yayılıb?

- Dəridə limfomalar, bədxassəli xəstəliklər çoxdur. Dərinin xərçəngi də bədxassəli xəstəlikdir. Xəstəliklərin bəziləri düzgün müalicə olunduqda insanlar 15-20 il əlavə yaşaya bilər. Amma bəzi nazologiyalar daha aqressiv gedişə malik olurlar. Bunların əmələ gəlməsində bir çox faktorlar, o cümlədən düzgün diaqnozun qoyulmaması mühüm rol oynayır. Sarkoma zamanı xəstədə düyünlər əmələ gəlir, həkim-cərrah onu götürür. Amma həmin düyünlərin götürülməsi düzgün deyil, çünki yerində əlavə düyünlər yaranır.

Qırmızı-yaşlı dəmirovda qaşınma zamanı düyünlər əmələ gəlir. Bu düyünləri də cərrahi yolla götürdükdə daha da artır. Bunlara nəzarət olunmalı və mütəxəssisə müraciət edilməlidir. Televiziyada çıxış edənlər bu sahə üzrə öz sözlərini demiş adamlar olsa, daha yaxşı olar. Onların təcrübəsini nəzərə almaq lazımdır. Çünki tibdə təcrübə çox böyük əhəmiyyət kəsb edir. Ölkə üzrə dərinin bədxassəli xəstəliklərindən əziyyət çəkənlərin sayında artım var. Bunların əmələ gəlməsində düzgün diaqnostikanın aparılmaması, eyni zamanda, qida və ekoloji faktorlar mühüm rol oynayır. Bəzən GMO məhsulları da orqanizmə mənfi təsir edir.

- Uşaqlar arasında dəri-zöhrəvi xəstəliklərinin yayılma tendensiyası necədir?

- Uşaqlar arasında daha çox vitiliqo (ala xəstəliyi) müşahidə olunur. Bu da qurd invaziyası fonunda əmələ gələ bilər. Uşaqlar arasında göbələk, psoriaz, allergik xəstəliklərə də tez-tez rast gəlinir. Əgər uşağın valideynlərindən birində psoriaz xəstəliyi varsa, bu uşağa 25%, hər ikisində varsa 50% ötürülə bilər. Psoriaz elə bir xəstəlikdir ki, orada qıcıqlandırıcı terapiya vermək düzgün deyil. Cinsi yetkinlik dövrünə kimi indeferent müalicə verilsə, müəyyən endokrinoloji dövrə çatanda ola bilər ki, xəstəlik çıxıb getsin. Təcrübədə belə hallar təsadüf edilir.

- Dəri-zöhrəvi xəstəlikləri əlamətlərinə görə fərqləndirmək olarmı?

- Xəstəliklərin 2 minə yaxın nozologiyası var. Dermatologiyada illərlə təcrübə toplanılır. Mən o həkimə yaxşı həkim deyirəm ki, diaqnostikada qrup xəstəliklərə yaxınlaşsın. Bəzən dəridən müayinə üçün müəyyən nümunələr götürürlər. Amma bu da dəqiq nəticə vermir. Burada təcrübə çox böyük əhəmiyyət kəsb edir. Dəri-zöhrəvi xəstəliklərin əlamətləri və xarici görünüşünün çoxu bir-birinə oxşayır. 7 morfoloji elementdən 2000-ə yaxın nozologiyanı bir-birindən fərqləndirmək lazımdır. Həkim ömrü boyu oxuyur və öz üzərində çalışır. Dermatologiyada isə təcrübənin çox böyük rolu var. Dermatoloq görməli, fərqləndirməli və palpasiya etməlidir. Palpasiya zamanı bilmədir ki, xəstəlik dərinin hansı qatındadır – üstdə, orta qatda, dermada, yaxud da dərialtı piy qatındır.

- Son illər dermatologiya sahəsi üzrə yeni növ xəstəliklər yaranıbmı?

- Xeyr, son illər yeni növ xəstəliklər aşkarlanmayıb. Amma yeni növ sindromlar zaman-zaman əmələ gəlir. Atopik gedişli, heç bir ədəbiyyatda bəhs olunmayan yeni sindromlar yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR