“Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA - VİDEO

“Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 iyul 2015 12:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, mətbuatda mili-mənəvi dəyərlərin qorunması mövzusuna geniş yer ayrılması vacibdir. O, informasiya texnologiyanın inkişaf etdiyi bu dövrdə mili-mənəvi dəyərlərin qorunmasının mühüm vəzifə olduğunu bildirib: “Xalqımız mili-mənəvi dəyərləri qorumaqla, informasiya texnologiyalarına yiyələnməlidir. Bu baxımdan bu gün nəticələri açıqlanan müsabiqə vacib və maraqlı mövzuya həsr edilib”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlər müsabiqədə çox böyük həvəslə iştirak ediblər: “Mili kimliyimizin təbliğində jurnalistlərin gördüyü işləri yüksək dəyərləndirirəm. Müsabiqədə iştirak edən jurnalistlərə təşəkkür edirəm. Avqust ayının sonlarında 3 gün ərzində bölgələrin birində Mətbuat Şurası ilə birlikdə jurnalistlər üçün treninq də təşkil edəcəyik”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov sovet dövründə Ağdam şəhərində məscidin fəaliyyət göstərdiyini xatırladıb: “Sovet dövründə o məscidə gedib, “Quran”ın altından keçirdik. Milli və mənəvi dəyərlər bir-biri ilə qarşılıqlı əlaqədədir”.

Daha sonra müsabiqənin qalibləri açıqlanıb. Qaliblərə pul mükafatları ilə bərabər “Quran” və Heydər Əliyevin mili-mənəvi dəyərlərlə bağlı çıxışlarının yer aldığı kitab hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR