Bakıda iki ev və qadın məsləhətxanası yanıb

Bakıda iki ev və qadın məsləhətxanası yanıb
# 08 avqust 2016 07:42 (UTC +04:00)

Bakı - APA. Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 37 kv/m olan təmirə dayanmış qadın məsləhətxanasının döşəməsi 0,5 kv/m sahədə və döşəmənin altında quraşdırılmış 3 ədəd elektrik açarı yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qadın məsləhətxanasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nərimanov rayonunda isə vətəndaşa məxsus, ümumi sahəsi 80 kv/m olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 120 kv/m olan, ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın tavanı və əşyaları 30 kv/m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR