Lavrov: “Rusiya Konstitusiyaya zidd çevrilişlərin qəbuledilməzliyi barədə prinsipial mövqeyə malikdir”

Lavrov: “Rusiya Konstitusiyaya zidd çevrilişlərin qəbuledilməzliyi barədə prinsipial mövqeyə malikdir”
# 18 iyul 2016 12:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Konstitusiyaya zidd dövlət çevrilişlərinin qəbuledilməzliyi barədə prinsipial mövqeyə malikdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov portuqaliyalı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Türkiyə baş verən hərbi çevriliş cəhdi ilə bağlı sualı cavablandırarkən bildirib.


”Bildiyiniz kimi, dünən Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Prezident Vladimir Putin Rusiyanın Konstitusiyaya zidd dövlət çevrilişlərinin qəbuledilməzliyi barədə prinsipial mövqeyə malik olduğunu bir daha xatırladıb. İstər Türkiyədə olsun, istər Ukraynada və Yəməndə, ya da başqa yerdə...Vacibdir ki, dünənki telefon danışığı zamanı Türkiyə prezidenti ölkəsində olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün əllərindən gələni edəcəklərini bir daha təsdiqləyib. Hazırda biz Türkiyədə olan rusiyalı turistləri ölkəmizə qaytarırıq və bu işdə Türkiyə hakimiyyətinin tam əməkdaşlığını hiss edirik. O ki, qaldı hadisələrin hazırda inkişafına, burada bizim mövqeyimiz məlumdur. Bu mövqe bütün məsələlərin istisnasız olaraq Konstitusiya çərçivəsində həll edilməsindən ibarətdir” - deyə Rusiya XİN başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR