Moskva. Fərid Əkbərov - APA. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və PyerAndrio (Fransa) BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən növbəti sessiyası çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında bildirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin də iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vyana və Sankt-Peterburqda əldə olunan razılıqların icra olunmasının vacibliyi məsələsinə toxunulub.