Bakı. Könül Kamilqızı – APA. Bu gündən Azərbaycanda 9 illik təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.