Nyu-York hava limanlarında 154 reys ləğv olunub, 208-i təxirə salınıb

Nyu-York hava limanlarında 154 reys ləğv olunub, 208-i təxirə salınıb
# 26 iyul 2016 03:34 (UTC +04:00)

Bakı-APA. Bu gün Nyu-York hava limanlarında 154 reys ləğv olunub, 208-i təxirə salınıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb əlverişsiz hava şəraitidir.

Con Kennedi adına Beynəlxalq Hava Limanında güclü külək və şimşəklə müşayiət olunan şiddətli yağışla əlaqədar 57 reys ləğv olunub, 95-i təxirə salınıb. La-Quardia aeroportunda isə 97 uçuş ləğv, 113-ü təxirə salınıb.

ABŞ Meteoroloji xidməti qısa fasilədən sonra havanın yenidən pisləşəcəyini proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR