Azərbaycanla İran əmək və sosial təminat sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycanla İran əmək və sosial təminat sahəsində təcrübə mübadiləsi aparıb
# 27 oktyabr 2016 12:31 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İranın Şərqi Azərbaycan vilayətinin Əmək, Məşğulluq və Sosial Təminat Departamentinin rəisi Mirəhəd Hüseyni ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Azərbaycanın əmək qanunvericiliyi, vətəndaşların və həmçinin respublikamızda əmək fəaliyyəti göstərən xarici ölkə vətəndaşlarının əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib.

Xidmət rəisi son illərdə tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən bəhs edib. 2014-cü ilin iyul ayından tətbiq olunan bu sistemin əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətinə şərait yaratdığı, işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas formalaşdırdığı vurğulanıb. Qeyd olunub ki, nazirliyin digər avtomatlaşdırılmış sistemləri ilə yanaşı BMT-nin portalında yerləşdirilərək uğurlu təcrübə kimi təbliğ olunan bu elektron sistemdən cari ilin 01 oktyabr tarixinə qədər 6 031 782 dəfə istifadə edilib. Əhalinin məşğulluq imkanlarının artırılması, o cümlədən şəhər və kənd yerlərində əmək resurslarından səmərəli istifadənin təmin olunması, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, sosial təminat sisteminin gücləndirilməsi sahələrində görülən işlər və nəticələri barədə də ətraflı məlumatlar verilib.

M. Hüseyni ölkəmizdə əmək və sosial təminat sisteminin müasir innovasiyalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlara, xüsusən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə, ölkəmizdə icra edilən aktiv əmək bazarı proqramlarına dair məlumatların onda maraq doğurduğunu vurğulayıb. O öz növbəsində rəhbərlik etdiyi departamentin iş təcrübəsi, əmək hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlərdən söz açıb. M. Hüseyni müvafiq sahələrdə təcrübə və məlumat, həmçinin mütəxəssis mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edib.

Görüşdə əmək və sosial təminat sahəsində islahatlarla bağlı təcrübə və məlumat mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR