San - Dieqo Dövlət Universiteti və Qlobal Karyera İnstitutu Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlər üçün birgə beynəlxalq seminar keçirib.
APA-nın xəbərinə görə, Bakıda keçirilən tədbirdə Qlobal Karyera İnstitutunun və Girnə Amerikan Universitetinin Departament direktoru Orxan Həsənoğlu bildirib ki, rəhbərlik etdiyi qurum artıq 5 ildir, dünyanın müxtəlif ölkələrində təhsil sahəsində mühüm layihələr həyata keçirir.
San Dieqo Dövlət Universitetinin professorları Amanda Black və Hasan Autman Bakıda onlara göstərilən münasibətdən və əhalinin qonaqpərvərliyindən məmnun olduqlarını bildiriblər. Qonaqlar deyiblər ki, Azərbaycan onların səfər etdiyi 21-ci ölkədir. Burda gördüklərindən çox təəccübləndiklərini bildirən professorlar gələcəkdə təhsilin inkişafı ilə bağlı layihələrdə iştirak etmək istəklərini dilə gətiriblər.
Təlimdə iştirak edən müəllimlər onların təhsil sahəsindəki təcrübələrini öyrənərək, gələcəkdə məktəblərdə tətbiq etmənin yollarını müzakirə ediblər.
Sonda tədbir iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.