Bakı-APA. İran bu ilin martında neft ixracının həcmini sutkada 1,5 mln. tonadək artıracaq. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri bildirib.
“Bu gün bizim neft ixracımızın həcmi gündəlik 1,3 mln. ton təşkil edir, martda isə bu göstərici 1,5 mln. ton olacaq”, deyə Cahangiri bildirib.