Tokioda turizm avtobusu dirəyə çırpılıb, 28 nəfər xəsarət alıb

Tokioda turizm avtobusu dirəyə çırpılıb, 28 nəfər xəsarət alıb
# 20 yanvar 2016 18:31 (UTC +04:00)

Bakı-APA. Yaponiya paytaxtının mərkəzində turizm avtobusu dirəyə çırpılıb

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində azı 28 nəfər xəsarət alıb.

Onların həyatlarına təhlükə olmadığı bildirilir. Hadisə yerinə polis cəlb edilib, avtobusun sürücüsü saxlanılıb.

Qeyd edək ki, yanvarın 15-də Tokiodan Naqanoya yollanan turizm avtobusunun sıldırıma düşməsi nəticəsində 14 nəfər ölmüş, 27 nəfər xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR