Azərbaycan benzin və dizel yanacağının istehsalını azaldıb

Azərbaycan benzin və dizel yanacağının istehsalını azaldıb
# 21 yanvar 2016 13:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 2 429,9 mln. manat olmaqla 2014-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 4,9% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ərzində ölkədə 1 224,6 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır. Nəticədə bu ilin yanvarın 1-ə 59,1 min ton məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində ölkədə 2 803,7 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki illə müqayisədə 4,9% azdır. Nəticədə bu ilin yanvarın 1-ə 69,3 min ton məhsul ehtiyatı yaranıb.

2015-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda ağ neftin istehsalı 2,9% azalıb. Belə ki, ötən il ərzində ölkədə 688,6 min ton ağ neft istehsal olunub ki, bu ilin yanvarın 1-ə 45,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində ölkədə neft bitumunun istehsalında azalıb. 2015-ci ildə Azərbaycanda 171,8 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 29% azdır. Nəticədə yanvarın 1-ə 3,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən i ölkədə sürtgü yağlarının istehsalı 2014-cü illə müqayisədə 52,5% azalıb. Belə ki, 12 ay ərzində 25,3 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin yanvarın 1-ə 14,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında azalma var. Belə ki, ötən aylar ərzində 205,9 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin on 12 ayı ilə müqayisədə 7,3% azdır. Nəticədə bu ilin yanvarın 1-ə 1,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində Azərbaycanda 328,1 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 58,7% artım deməkdir. Nəticədə bu ilin yanvarın 1-ə 4,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR