Azərbaycan Ordusunun Xocavənddəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Xocavənddəki mövqeləri atəşə tutulub
# 12 avqust 2023 18:06 (UTC +04:00)

Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb" MN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR