Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimində növbəti mərhələ icra olunub - VİDEO

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimində növbəti mərhələ icra olunub - VİDEO
# 17 sentyabr 2021 21:08 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR