Azərbaycan Ukraynaya minatəmizləmə maşını göndərir

Azərbaycan Ukraynaya minatəmizləmə maşını göndərir
# 11 avqust 2023 15:37 (UTC +04:00)

Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatı Azərbaycan səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, bu barədə “RBK Ukrayna” hökumət portalına istinadən məlumat yayıb.

Danışıqlarda əsas mövzu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.

Bundan başqa, tərəflər humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün Azərbaycan ərazisində gələcək təlimlərin təşkili məsələsini müzakirə ediblər.

“Biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik”, - səfir qeyd edib.

Görüşün sonunda Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minalardan təmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR