Kerri: “ABŞ Suriyadakı böhranın nizamlanması üçün Türkiyə ilə işləməyə hazırdır”

Kerri: “ABŞ Suriyadakı böhranın nizamlanması üçün Türkiyə ilə işləməyə hazırdır”
# 28 oktyabr 2016 00:50 (UTC +04:00)

ABŞ Suriyadakı vətəndaş müharibəsi və qaçqın problemi kimi mühüm məsələlərin həlli üçün Ankara ilə işləməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri 29 Oktyabr - Türkiyə Cümhuriyyətinin elanı Günü münasibəti ilə Türkiyə xalqına ünvanladığı təbrikdə bildirib.

Dövlət katibinin sözlərinə görə, Türkiyədə bir müddət əvvəl törədilən terror aktlarının fonunda bu səylər xüsusi aktuallığa malikdirlər: “ABŞ ədalət, təhlükəsizlik və sabitlik naminə Türkiyə və digər tərəfdaş ölkələrlə bu problemləri həll etməyə hazırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR