Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib
# 15 yanvar 2016 20:21 (UTC +04:00)

Bakı-APA. Rusiyanın "Yutair" aviaşirkəti məxsus " Boeing-737 " təyyarəsi Samara şəhərində məcburi eniş etməli olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb təyyarənin mühərriklərindən birinin sıradan çıxması olub.

Hava gəmisinin göyərtəsində 202 sərnişinin olduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. İnsidentin başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR