Dələduzluqda təqsirləndirilən AMEA əməkdaşının məhkəmə istintaqı tamamlanıb

Dələduzluqda təqsirləndirilən AMEA əməkdaşının məhkəmə istintaqı tamamlanıb
# 14 aprel 2017 09:40 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.

 

Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün prosesin aprelin 21-də davam etdiriləcəyi açlıqlanıb.

 

Aliyə Cahangirova AMEA-da dizayner vəzifəsində işləyib. İttihama görə, A. Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min manatını ələ keçirib. Bundan başqa, A. Cahangirova M.Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. O, iş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb. A. Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR