Peruda zəlzələ nəticəsində yaralıların sayı 68 nəfərə çatıb

Peruda zəlzələ nəticəsində yaralıların sayı 68 nəfərə çatıb
# 16 avqust 2016 02:52 (UTC +04:00)

Bakı-APA. Peruda zəlzələ nəticəsində yaralıların sayı 68 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 132 yaşayış evi yararsız vəziyyətə düşüb, bir hotel və kilsə daxil olmaqla 556 tikili qismən dağılıb.

 

Təbii fəlakətin yaşandığı Kayoma əyalətində fövqəladə vəziyyət elan olunub. Zərərçəkənlərə humanitar yardımın verilməsinə başlanılıb.

 

Xatırladaq ki, avqustun 15-ə keçən gecə Perunun cənubunda baş verən 5,4 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR