SOCAR Ceyhan limanından xam neftin ixracını 46% artırıb

SOCAR Ceyhan limanından xam neftin ixracını 46% artırıb
# 01 sentyabr 2016 16:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında SOCAR Ceyhan limanından 1 mln. 273 min 708 ton xam neft ixrac edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 46,10% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Ceyhan limanından 11 mln. 379 min 588 ton xam neft ixrac edilib. Bu, 2015-ci ilin 8 ayı ilə müqayisədə 0,95% çoxdur. Bu müddət ərzində Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR