DTX rəisi MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini antiterror tədbirləri barədə məlumatlandırıb

DTX rəisi MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini antiterror tədbirləri barədə məlumatlandırıb
# 11 oktyabr 2023 15:29 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Bakıda keçirilmiş iclas çərçivəsində MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb.

APA xəbər verir ki, Əli Nağıyev bildirib ki, Qarabağdakı cinayətkar birliklərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərəfindən yaşayış məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin keçirilməsini zəruri və təxirəsalınmaz edib.

Əli Nağıyev qeyd edib ki, bununla da Azərbaycan Respublikası öz suverenliyini bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR