Ədalət Verdiyev: Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına qətiyyətli qisas əməliyyat ilə cavab verdi

Ədalət Verdiyev: Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına qətiyyətli qisas əməliyyat ilə cavab verdi
# 13 fevral 2024 11:33 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi.

Bunu APA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ədalət Verdiyev deyib ki, Ermənistan siyasi hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq: “Bu Ali Bas Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlarda əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi dar aşağı ediləcək, zərurət yaranarsa həmin mövqelərdə Azərbaycan Əsgəri və dövlət Bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb. Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının missiyasını tərkibində fəaliyyət göstərən missiyasının üzərinə düşür. Baş verən təxribatlara Avropa İttifaqı missiyası reaksiya vermək, təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı acılı nəticələr əldə edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR