Ehtiyatda olan hərbçi: Hazırda ordumuzda tam təminat var

Ehtiyatda olan hərbçi: Hazırda ordumuzda tam təminat var
# 27 dekabr 2023 11:16 (UTC +04:00)

"Bu gün dövlətimiz tərəfindən qazilərə və veteranlara yüksək diqqət və qayğı göstərilir. Şübhəsiz ki, bu, Ali Baş Komandanın ordu quruculuğu sahəsində apardığı yüksək fəaliyyətin nəticəsidir".

Bunu APA-ya açıqlamasında 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu Samir Abbasov deyib.

O bildirib ki, bu gün ölkəmiz sosial sahədə hər bir vətəndaşının yanındadır:

“Güclü orduya, güclü iqtisadiyyata sahibiksə, buna görə Prezidentimizə borcluyuq. İkinci Qarabağ müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Düşmənin məğlubedilməz ordu mifi 44 gündə darmadağın edildi. Mən özüm Tərtər rayonunun Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bu gün çox şadam ki, bu il aparılan antiterror tədbirləri nəticəsində ölkəmiz tam şəkildə suverenliyinə qovuşdu. Hazırda ordumuzda tam təminat var, istər hərbçilərin, istərsə də ehtiyatda olan hərbi qulluqçuların qayğısına qalınır. Buna görə dövlətimizə minnətdarıq və hər zaman Ali Baş Komandanın tapşırıqlarını icra etməyə hazırıq".

Ehtiyatda olan polkovnik Adil Haqverdiyev isə deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin əziyyətini ölçə bilmərik. Vətən müharibəsindəki qələbəmiz misilsizdir".

O bildirib ki, bir hərbiçi kimi belə müharibə idarə edən Ali Baş Komandan görməyib: O, arxa cəbhədə də yürütdüyü siyasətlə Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Prezident İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır. Müharibədən sonra da qazilərə, şəhid ailələrinə diqqət və qayğısını əsirgəmədi".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR