Ermənistan kəşfiyyat-diversiya qrupunun pulemyotla saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir - FOTO

Ermənistan kəşfiyyat-diversiya qrupunun pulemyotla saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir - FOTO
# 16 avqust 2023 15:41 (UTC +04:00)

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.
Qeyd edilib ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR