Britaniyada elektrik stansiyasında güclü partlayış baş verib, ölənlər var

Britaniyada elektrik stansiyasında güclü partlayış baş verib, ölənlər var
# 23 fevral 2016 20:31 (UTC +04:00)

Bakı-APA. Britaniyanın cənubundakı Didkot şəhərində yerləşən elektrik stansiyasında güclü partlayış baş verib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölənlər var.

Məlumata görə, fəaliyyəti 2013-cü ildən dayandırılan elektrik stansiyasının yaxın zamanda sökülməsi planlaşdırılıb.

Partlayış nəticəsində, stansiya ərazisindəki tikililərdən biri tamamilə uçub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR