Azərbaycanda 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb

Azərbaycanda 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb
# 24 fevral 2016 09:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”.

APA-nın xəbərinə görə, bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O bildirib ki, ötən il iyun ayının 1-dən bu ilin fevral ayınadək nikaha daxil olmaq istəyən 94400 nəfərdən qan nümunələri götürülüb. Z. Əlimirzəyeva qeyd edib ki, 45 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb: “Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan 2-də bətn daxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR