Azərbaycan prezidenti Gəncədə körpələr evinin açılışında iştirak edib

Azərbaycan prezidenti Gəncədə körpələr evinin açılışında iştirak edib
# 17 fevral 2016 10:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

APA-nın məlumatına görə, prezident körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. Əsaslı təmir işlərinə 2014-cü ilin avqustunda başlanılıb. Binanın ümumi sahəsi 13 min, tikintialtı sahəsi isə 2 min kvadratmetrdən artıqdır.

Diqqətə çatdırılıb ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR