Göygöldə iki avtomobil toqquşub, yaralı var

Göygöldə iki avtomobil toqquşub, yaralı var
# 24 yanvar 2016 20:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 24-də saat 22 radələrində rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gedən “QAZel”-ə çırpılıb.

Qəza zamanı “VAZ”-ın sürücüsü, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1990-cı il təvəllüdlü Kamil Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR