Separatçıların tərəfdarı Karles Puçdemon Kataloniyanın rəhbəri olub

Separatçıların tərəfdarı Karles Puçdemon Kataloniyanın rəhbəri olub
# 13 yanvar 2016 01:23 (UTC +04:00)

Bakı-APA. Karles Puçdemon yanvarın 12-də İspaniyanın Kataloniya muxtar vilayətinin hökumət sədri vəzifəsini icra etməyə başlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, inauqurasiya mərasimində çıxışı zamanı 53 yaşlı Puçdemon vəzifəsini vicdanla icra edəcəyini və Kataloniya xalqının iradəsinə sadiq qalacağını vəd edib: “Bölgəyə xalqın etibar etdiyi vədlərini icra edə biləcək hökumət gərəkdir”.

Bundan əvvəl Kataloniya parlamentinin deputatları qarşısında çıxışı zamanı o “müstəqil Kataloniya dövlətinin” qurulması prosesinə başlamaq lazım olduğunu bildirib.

Əvvəllər Jiron şəhərinin meri vəzifəsində çalışmış Puçdemon bu ilin yanvarın 10-da Kataloniyanın baş naziri vəzifəsinə seçilib. Onun namizədliyini yerli parlamentin 135 deputatından 70-i dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR