Kərim Vəliyev: Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır

Kərim Vəliyev: Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır
# 30 avqust 2023 19:50 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən hazırda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.

APA xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin Zəfər Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

"Türkiyə Silahlı Qüvvələrinin yaxından iştirakı ilə Azərbaycan Ordusunda həyata keçirilən uğurlu hərbi islahatlar, tətbiq olunan yeni texnologiyalar, habelə silahlanmaya daxil edilmiş müxtəlif təyinatlı hərbi vasitələr Ordumuzun əməliyyat imkanlarını xeyli artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb.

Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir", - Baş qərargah rəisi əlavə edib.


Kərim Vəliyev iki ölkə orduları arasında Baş Qərargahlar səviyyəsində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetinin iştirakı ilə keçirilən təlim, döyüş hazırlığı, hərbi təhsil və digər tədbirlərin sayının artırılması nəzərdə tutulduğunu deyib: "Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR