Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Avqust
# 09 avqust 2016 18:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyə prezidentinin Rusiyaya səfərini iki kontekstdə dəyərləndirmək lazımdır. Bu səfər birincisi, iki ölkə arasında təyyarə insidentindən sonra gerçəkləşdirilən ilk səfər kimi önəm daşıyır, ikincisi, bu, prezident Ərdoğanın 15 iyul hadisələrindən sonra xarici ölkəyə ilk səfəridir. Türkiyə bu səfərə çox önəm verir. Çünki, ölkə həm ciddi və güclü müttəfiq axtarışındadır, itirilmiş bir müttəfiqi qazanmaq imkanı əldə edib, həm də Sankt-Peterburq görüşü böyük ehtimalla Türkiyənin xarici siyasətində 180 dərəcəlik dəyişikliklərlə müşayiət olunacaq. 15 iyul hadisələri ABŞ-Türkiyə münasibətlərində ciddi uçurum yaradıb, Sankt-Peterburq görüşünün bu uçurumu daha da dərinləşdirəcəyi gözlənilir. Bu görüş açıq bir Türkiyə-Rusiya sövdələşməsidir, sövdələşmənin baş tutmaması ehtimalı da yox deyil. Əks təqdirdə prezident Ərdoğan demokratiyaya dəstək mitinqlərinin müddətini səfərdən sonraya qədər uzatmazdı. Hökumətdə ciddi kadr islahatları onsuz da gündəmdədir, təmizləmə prosesinin Sankt-Peterburq görüşündən sonra daha vüsət alacağı istisna olunmur. İki proses arasında mütləq əlaqə olacaq, çünki tarixi görüşdən sonra Türkiyənin yeni yol xəritəsi çızılacaq, bu yolu sonadək getmək üçün Ərdoğan yeni, daha etibarlı, FETÖ-çülərdən təmizlənmiş komandaya ehtiyac duyacaq.

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR