Ərdoğan: “Atəşkəs rejimi Suriyanın yalnız üçdə bir hissəsində tətbiq edilir”

Ərdoğan: “Atəşkəs rejimi Suriyanın yalnız üçdə bir hissəsində tətbiq edilir”
# 29 fevral 2016 20:57 (UTC +04:00)

Bakı-APA. “Atəşkəs rejimi Suriyanın yalnız üçdə bir hissəsində tətbiq edilir”. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fil Dişi Sahilinə səfəri zamanı çıxışında bəyan edib.

“Yola düşməzdən əvvəl mən atəşkəsin pozulması hallarının ola biləcəyini bildirmişdim. Atəşkəs rejimi Suriyanın bütün ərazisində deyil, yalnız üçdə bir hissəsində tətbiq edilir. Atəşkəs rejiminin Suriyanın bütün ərazisində tətbiq edilməsini görmək istərdik. Təəssüf ki, toqquşmalar hələ də davam edir”, - deyə Ərdoğan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR