Xaçmazda kafe yanıb

Xaçmazda kafe yanıb
# 18 yanvar 2016 06:25 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gecə Xaçmazda yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən rayon sakini Qədir Abdullayevə məxsus kafe yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın ümumi ərazisi 50 kvadratmetr olan taxta və plastik materiallardan ibarət olan tikilini tam əhatə edib. Bina içərisindəki avadanlıqla birlikdə yanaraq kül olub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun bitişik tikililərə və yaşayış binalarına keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR