Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib

Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib
# 15 yanvar 2016 14:33 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR